"Səbail" "Sumqayıt"la oyuna belə çıxacaq

"Sumqayıt" Azərbaycan Premyer Liqasında XV turun "Səbail"lə oyununa ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, kapitan Vurğun Hüseynov və Cabir Əmirli zədə, digər müdafiəçi Cəmaləddin Xocaniyazov isə cəza səbəbindən bugünkü matçda iştirak etməyəcək.

"Dənizçilər"in heyətində isə itki yoxdur.

Qeyd edək ki, "Sumqayıt" - "Səbail" görüşü saat 16:00-da başlanacaq.