"Səbail"də ciddi itki

Azərbaycan Premyer Liqasının I turunda "Neftçi" ilə qarşılaşacaq "Səbail" komandası matça itki ilə çıxacaq. 

Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Aftandil Hacıyev yarımmüdafiəçi Hendrik Ekşteynin xidmətindən yararlana bilməyəcək. 

29 yaşlı oyunçu şəxsi səbəblərə görə, klubdan icazə alıb və Cənubi Afrika Respublikasına yollanıb. Ekşteyn bazar günü Bakıya qayıdacaq. 

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 20:30-da başlayacaq.