"Səbail" futbolçusu ilə vidalaşdı

Premyer Liqa təmsilçisi “Səbail” Elşən Abdullayevlə vidalaşıb.

Sportline.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

Tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə ediblər.

Beləliklə, futbolçuya azad agent statusu verilib. “Səbail” Abdullayevə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.


Qeyd edək ki, paytaxt klubu ilə yayda anlaşan Elşən Abdullayev "Səbail"də cəmi 3 oyunda forma geyib. Klub bundan əvvəl icarədə çıxış edən Elton Əlibəylini yola salmışdı. Bundan başqa, Turan Manafovun karyerasını Yunanıstanda davam etdirməsi haqda xəbər yayılıb.