"Səbail"dən yeni transfer

"Səbail" Konqo millisinin üzvü Lema Mabidi Çikitonu heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcəyi bildirilib.  O, "Səbail"də 8 nömrəli formanı geyinəcək.

L.M.Çikitonun son klubu Mərakeş "Raca Kasablanka"sı olub.

Qeyd edək ki, 2011-ci ildə Konqo millisində debüt edən futbolçu yığma ilə 23 oyuna çıxıb.