"Sabah"ın futbolçusu millidə

"Sabah"ın legioneri ölkəsinin millisinə dəvət alıb.

 Sportline.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova seçməsinə çağırılıb. 

Moldova millisi Avropa Millətlər Liqası çərçivəsində sentyabrın 3-də evdə Kosovo, sentyabrın 6-da isə səfərdə Sloveniya millisi ilə qarşılaşacaq.