Seçmə komanda Bolqarıstana yollanır

Para-taekvondo üzrə Azərbaycan seçməsi sabah Avropa çempionatına yollanır. 

Sportline.az-ın Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən verdiyi məlumata görə, iyunun 10-da başlayacaq və Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək sayca 7-ci olan qitə çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək.

Yarışda böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə milli komandanın üzvləri İmaməddin Xəlilov (K-44, -61 kq), Nicat Müslümov ( K-43 -75 kq), Əbülfəz Abuzərli (K-44 -75 kq), Vuqar Adışirinov (K-44 +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.