Seçmə komanda DÇ-də bir medal qazanıb

Azərbaycan taekvondoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında cəmi bir bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, Minayə Əkbərova (46 kq) və Qaşım Maqomedov (58 kq) da turniri medalsız başa vurub.

Dünya çempionatına 8 taekvondoçu ilə yollanmış millidən yalnız 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev bürünc medala sahib çıxıb.