Seçmə komandamız beynəlxalq yarışda iştirak edəcək

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər.

Sportline.az xəbər verir ki, seçmə komandamız bu məqsədlə Gürcüstana yola düşüb. Batumidə təşkil olunan “WTT Youth Contender” turnirində 10 idmançı bacarığını göstərəcək. Gürcüstan sınaqlarında baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə, Tunar Bağırov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova, Yağmur Məmmədli və Şəbnəm Mansurova etimadı doğrultmağa çalışacaq.

Qeyd edək ki, beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.