Seçməmiz üçün 2 bürünc şansı
Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 5-ci günündə yunan-roma növündə güləşən idmançılar mübarizəyə qoşulublar. Bu növdə 4 pəhləvanımız xalça üzərinə çıxıb.
66 kq çəki dərəcəsində yarışan Kamran Məmmədov 1/4 finalda mübarizəni dayandırıb. Təsəlliverici görüşdə macarıstanlı rəqibini üstələyən Kamran bürünc medal uğrunda görüşə haqq qazanıb.
98 kq çəkidə Orxan Nuriyev yarımfinalda rusiyalı Nikita Melnikova uduzub. Təmsilçimiz bürünc medal şanslarını saxlayır.
59 kq-da Taleh Məmmədov və 130 kq-da Sabah Şəriəti isə ümidləri doğrultmayıb.
Xatırladaq ki, 4 gündən sonra seçməmizin aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc medal var.