Salonikidə ağır məğlubiyyətlə üzləşən "Panatinaikos"un çempionluq şansı qalmadı
Yunanıstan Super Liqasının 35-ci həftəsində Fatih Terimin rəhbərlik etdiyi "Panatinaikos" PAOK-un qonağı olub.
Sportline.az xəbər verir ki, görüş PAOK komandasının 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə sona 1 tur qalmış "Panatinaikos"un çempionluq şansı qalmayıb. PAOK isə son həftəyə ən yaxın rəqibi AEK-nın 2 xal önündə lider girəcək.
Bu, "yaşıllar"ın bu mövsüm PAOK-a qarşı dördüncü məğlubiyyəti oldu.
Qeyd edək ki, Mirçea Luçeskunun oğlu Razvan Luçeskunun rəhbərlik etdiyi PAOK Yunanıstan Super Liqasını sonuncu dəfə 2018-2019 mövsümündə qazanıb.