"Seltik" 7 qolun vurulduğu görüşdə "Mançester Siti"ni məğlub edib

"Seltik" və "Mançester Siti" ABŞ-nin Karolina ştatında yoldaşlıq oyunu keçiriblər.

Sportline.az xəbər verir ki, görüş Şotlandiya təmsilçisinin 4-3 hesablı qələbəsi ilə nəticələnib.

Qollar: Oskar Bobb 33, Maksimo Perrone 46, Erlinq Halland 57 // Nikolas Kun 13,36 , Furuhaşi 44, Luis Palma 68.

Qeyd edək ki, "Mançester Siti" iyulun 28-də "Milan"la, "Seltik" isə "Çelsi" ilə yoldaşlıq oyununda üz üzə gələcək.