"Seltik"də yeni futbolçu

"Frayburq"un forvardı Junior Adamu karyerasını "Seltik"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu "Seltik"ə icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, J.Adamu cari mövsüm meydana çıxdığı 18 matçda 2 qol, 1 asistlə yadda qalıb.