Semih Kılıçsoy “Beşiktaş”dan ayrıla bilər
“Beşiktaş”ın 19 yaşlı futbolçusu S.Kılıçsoy yanvarda komandasını dəyişə bilər.
Sportline.az “Fussball Europa” nəşrinə istinadən xəbər verir ki, “Milan” türkiyəli futbolçu üçün “Beşiktaş”a 12 milyon avro təklif edib. “Beşiktaş”ın bu təklifi dəyərləndirəcəyi bildirilir.
Semihlə maraqlanan digər klublar isə, “Everton”, “Ştutqart”, “Borussiya Dortmund”, “Mançester Siti” və “Bavariya” komandalarıdır.
Semih Kılıçsoyun “Transfermarkt” portalında görə dəyəri 15 milyon avro olaraq göstərilir.
Qeyd edək ki, S.Kılıçsoy bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 2 asistlə yadda qalıb.