Seneqal millisi tarixində ilk dəfə Afrika çempionu olub

Futbol üzrə Afrika Millətlər Kubokunda final oyunu keçirilib.

Sportline.az xəbər verir ki, Kamerunun paytaxtı Yaundedəki "Olembe" stadionunda təşkil olunmuş həlledici görüşdə Seneqal və Misir yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 0:0. 5-ci dəqiqədə seneqallı hücumçu Sadio Mane penaltini dəqiq yerinə yetirməyib.

Penaltilər seriyasında isə məhz Mane son zərbədən məharətlə yararlanaraq, komandasına qələbə qazandırıb - 4:2.

Bununla da Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Qeyd edək ki, Misir yığması hamıdan çox - 7 dəfə bu kuboka sahib olsa da, sonuncu dəfə 2010-cu ildə çempionluğa yiyələnib.