Seneqal millisinin hücumçusu "Everton"da

Hücumçu İliman Ndiaye "Marsel"i "Everton"a dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçu ilə 5 illik müqavilə imzalanıb.Transfer məbləği 20 milyon avro təşkil edib.

24 yaşlı Ndiaye ötən mövsüm Liqa 1-də 30 oyuna çıxıb və 3 qol, 5 asistlə yadda qalıb. O, 2020-2023-cü illərdə "Şeffild Yunayted"in şərəfini qoruyub.

Qeyd edək ki, Seneqal millisinin üzvü ölkəsi ilə keçirdiyi 7 oyunda 1 qol vurub.