Sərbəst güləşçilərin Dağıstan sınağı
29-30 oktyabr 2016-cı il tarixdə Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə seçmə komandanın bəzi üzvləri iştirak edəcək.
Seçmə komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikada 8 güləşçimiz mübarizə aparacaq.
Yarışda ölkəmizi Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) təmsil edəcək.