Serdar Azmun karyerasını Asiyada davam etdirəcək
"Bayer 04" və İran millisinin hücumçusu Serdar Azmunun yeni komandası müəyyənləşib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 29 yaşlı futbolçu BƏƏ klubu "Şabab Əl-Əhli" ilə razılıq əldə edib.
"Bayer 04" klubu bu transfer qarşılığında 5 milyon avro qazanacaq.Futbolçu bazar ertəsi tibbi müayinədən keçəcək.
"Shabab Əl-Əhli BƏƏ-nin ən titullu klublarından biridir: yeddi qat ölkə çempionu və səkkiz dəfə ölkə kubokunun qalibi.
Qeyd edək ki, təcrübəli forvard daha əvvəl "Zenit", "Roma" və "Rostov" kimi klubların uğurları üçün çalışıb.