Serxio Ramos karyerasını Türkiyədə davam etdirə bilər
“PSJ” ilə müqaviləsi başa çatan Serxio Ramos Türkiyə Super liqasında çıxış edə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 37 yaşlı ispaniyalı ulduz üçün Türkiyə nəhəngi “Qalatasaray” təklif göndərib.
Tərəflər arasında ilkin danışıqların uğurla nəticələndiri bildirilir.
“Sarı-qırmızı”lar Ramosun transferini həyata keçirə bilsələr, Nelsonla yolları ayıracaqlar.
Qeyd edək ki, Serxio Ramos son mövsümdə “PSJ” forması ilə meydana çıxdığı 58 qarşılaşmada 6 qol və 1 asistlə yadda qalıb.