Serxio Ramosun "Qalatasaray"dan tələbi

İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos “Qalatasaray”ın 5,5 milyonluq təklifinə münasibət bildirib.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli müdafiəçi Türkiyə nəhəgi ilə danışıqlara başlayıb. 

Serxio Ramos “Qalatasaray”dan 2 illik müqavilə və illik 12 milyon avro maaş tələb edib.

 Qeyd edək ki, Türkiyənin digər klubu “Beşiktaş”da məşhur ispaniyalının xidmətində maraqlıdır.