Səssiz "Sumqayıt" - "Zirə" matçı

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, "Zirə" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 29-a çatdıran "qartallar" 3-cü pillədəki mövqeyini qoruyub. 24-cü xalını qazanan "Sumqayıt" isə 4-cü sırada qalıb.

Qeyd edək ki, ilk oyun günündə baş tutan qarşılaşmalarda "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız top keçirib.