Setyen La Liqaya qayıdır?
"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen "Betis"ə qayıda bilər.
Sportline.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, Sevilya klubunun rəhbərliyi hazırkı baş məşqçi Manuel Pelleqrinidən o qədər də razı deyil. La Liqa təmsilçisi baş məşqçisini istefaya göndərəcəyi təqdirdə, Setyen bu vəzifə üçün ilk namizəd olacaq.
Qeyd edək ki, Setyen 2017-2019-cu illərdə "Betis"i çalışdırıb. Daha sonra o, "Barselona"ya keçib və bu ilin avqustunda Kataloniya təmsilçisindən ayrılıb.