Sevgilisi Osimheni "Napoli"dən ayırır
"Napoli"nin nigeriyalı hücumçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər.
Sportline.az Bild nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu “Bavariya”da çıxış etməyə müsbət baxır.
Buna səbəb kimi onun almaniyalı sevgilisinin öz ölkəsinə geri dönmək istəyi göstərilir.
Qeyd edək ki, Osimhen bu mövsüm çıxdığı 32 oyunda 26 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.