"Sevilya"dan "Mançester Siti"yə

"Mançester Siti" "Sevilya"nın müdafiəçisi Jül Kundeni transfer etməyə hazırlaşır.

Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, bu keçid üçün "şəhərlilər" 50 milyon avro təzminat ödəyəcək. 21 yaşlı Benin əsilli fransalı futbolçunun transferi növbəti həftə rəsmiləşə bilər.

"Sevilya" Kundeni 2019-cu ilin yayında "Bordo"dan 25 milyon avroya transfer edib. Gənc oyunçu Fransanın U-21 millisinin üzvüdür.