"Sevilya"nın yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu
"Sevilya" klubu Unai Emerinin gedişindən sonra boş qalan baş məşqçi postuna Xorxe Sampaolini gətirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Çili millisini çalışdıran argentinalı mütəxəssis karyerasında ilk dəfə Avropa klubunda baş məşqçilik edəcək.