Şahmat Olimpiadası: Komandalarımızdan fərqli nəticələr
Gürcüstanın Batumi şəhərində 43-cü Dünya Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçı komandalar 4-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaq.
Kişilərdən ibarət seçməmiz İngiltərə şahmatçıları ilə münasibətləri aydınlaşdıracaq. Qadın zəka sahiblərimizin rəbiqi isə ABŞ komandası olacaq.
Qeyd edək ki, hər iki komandamız ilk üç turu qələbə ilə bitirib.
Azərbaycan – İngiltərə - 3,5:0,5
Şəhriyar Məmmədyarov ⚪ – ⚫ Maykl Adams - 1:0
Teymur Rəcəbov ⚫ – ⚪ Lük Makşeyn - 1:0
Arkadi Naydiç ⚪ – ⚫ Devid Hauel - 0,5:0,5
Rauf Məmmədov ⚫ – ⚪ Cons Qaveyn - 1:0
Azərbaycan - ABŞ - 1,5:2,5
Günay Məmmədzadə ⚪ - ⚫ Anna Zatonski - 0:1
Zeynəb Məmmədyarova ⚫ – ⚪ İrina Kruş - 0:1
Xanım Balacayeva ⚪ – ⚫ Tatev Abrahamyan - 1:0
Gülnar Məmmədova ⚫ – ⚪ Cennifer Yu - 0,5:0,5