Şahmatçılarımız FİDE-nin yeni reytinqində

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az- xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməz olaraq qalıb. 2781 xalla 5-ci pillədə qərarlaşan şahmatçı, siyahya başçılıq edən dünya çempionu Maqnus Karlsendən 80 xal geridədir.

Digər qrossmeysterimiz Teymur Rəcəbov da əvvəlki mövqeyindədir. Aktivində 2759 xalı olan Rəcəbov 12-ci yerin sahibidir.

Seçmə komandamızın üzvü Arkadi Naydiç may ayına olan reytin cədvəlində 16 pillə geriləyərək 2682 xalla 58-ci pillədə qərarlaşıb. 2654 xala malik Qədir Hüseynov isə 97-cidir. 

Qadın şahmatçılarımızdan ən yaxşı göstərici Günay Məmmədzadədir. O,  2436 xalla 40-cı, Xanım Balacayeva isə 2373 xalla 92-ci yerdədir.