Şahmatçılarımız olimpiadaya qələbə ilə başladılar
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası ilk günün yarışlarını uğurla başa vurub.
Sportline.az xəbər verir ki, Cənubi Afrika Respublikasının yığmasına qarşı son oyununu keçirən komandamız daha bir inamlı qələbə qazanıb (5,5:0,5).
Şahmatçılarımız ilk qarşılaşmada Niderland yığmasını 3,5:2,5, Macarıstan komandasını isə 5:1 hesabı ilə məğlub ediblər. Komandamıza qələbə xallarını Teymur Rəcəbov, Rauf Məmmədov, Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Qədir Hüseynov, Aydın Süleymanlı, Gülnar Məmmədova, Vüqar Əsədli və Türkan Məmmədyarova qazandırıblar.
Sabah yığmamız Slovakiya, Qazaxıstan, İspaniya komandaları ilə mübarizə aparacaq.