Şahmatçılarımızdan uğurlu start

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası start götürüb. SportLine.az xəbər verir ki, ilk yarış günü Azərbaycan komandaları üçün uğurlu alınıb.

Kişi şahmatçılarımız Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasını üstələyib:

Teymur Rəcəbov (2751) - İqor Yarmanov (2376) - 0,5:0,5

Arkadi Naydiç (2721) - Andrey Qurbanov (2305) - 0,5 - 0,5

Rauf Məmmədov (2699) - Dmitri Scerbin (2264) - 1:0

Eltac Səfərli (2676) - Andrey Tersinsev (2194) - 1:0 

Qadın zəka sahiblərimiz isə İoradaniyaya xal verməyib:

Zeynəb Məmmədyarova (2358) - Odeh Aseel (1647) - 1:0

Xanım Balacayeva (2326) - Alnaymat Raya (1676) - 1:0 

Gülnar Məmmədova (2355) - Alşaebi Razan (1712) - 1:0 

Ülviyyə Fətəliyeva (2320) - Qayda Alattar (1926) 1:0