Şahmatçıların yeni reytinq cədvəli açıqlandı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportline.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 pillə geriləyib. Hazırda 33 yaşlı zəka sahibi 2774 xalla 8-ci pillədə qərarlaşıb. O, norveçli dünya çempionu və lider Maqnus Karlsendən 101 pillə geri qalır.
Teymur Rəcəbov isə yenə əvvəlki mövqeyində qalıb. 2759 xala malik 32 yaşlı qrossmeyster yenə 12-cidir. Elə Arkadi Naydiçin də mövqeyi dəyişməyib. O, 2681 xalla 58-cidir. Yenə 2654 xalı olan Qədir Hüseynov isə 97-ci yerdə qalıb.
Qadınlara gəldikdə, Günay Məmmədzadə 2427 xalla 40-cı pillədə qalıb. Ötən ay 92-ci pillədə yer almış Xanım Balacayeva isə bu dəfə "100-lüy"ü tərk edib.