Şahmatçımızın iştirak edəcəyi turnir təxirə salındı

Cəbəllütariqdə keçirilməli olan qadın şahmatçılar arasında FİDE Qran-Prisi təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu barədə FİDE və yarışın təşkilatçıları qərar çıxarıb. Buna səbəb Cəbəllütariqdə koronavirus pandemiyasının yayılması olub. Son həftələrdə yoluxmaların artması üzündən ölkədə karantin elan edilib. 

Şahmatçımız Günay Məmmədzadənin də qatılacağı yarışda iştirakçıların təhlükəsizliyini nəzərə alınıb. Təşkilatçılar turniri şərtlərin imkan verəcəyi halda fevralın sonuna qədər təxirə salıb.

Yanvarın 17-29-da keçirilməli olan turnirdə 12 şahmatçı mübarizə aparmalı idi.