Şahruddin Məhəmmədəliyev məşqlərə başladı

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev fərdi məşqlərə başlayıb.

Sportline.az xəbər verir ki, o, bərpa məşqlərini keçməkdədir.

"Qarabağ"ın qış toplanışında qolu sınan futbolçu əməliyyat edilmişdi. Onun iki aya yaşıl meydanlara qayıdacağı bildirilirdi.

Həkimlərin qənaətincə Şahruddin minimum üç həftədən sonra kollektiv məşqlərə başlayacaq.  

 

 

 

Banner