Şakirinin yeni klubu
"Lion"un futbolçusu Cerdan Şakiri "Çikaqo Fayr"a transfer olunub.
Sportline.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin saytı məlumat yayıb. 30 yaşlı oyunçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, İsveçrə millisinin üzvü Şakiri 2021-ci ilin yayından Fransa klubunda oynayırdı.