"Şalke" Rusiyaya belə etiraz etdi

Almaniyanın "Şalke" klubu baş sponsorunun - Rusiyanın "Qazprom" şirkətinin loqosunu komandanın formasından çıxarıb.

Sportline.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib: “Son günlərdə baş verənləri nəzərə alaraq “Şalke” baş sponsoru “Qazprom”un loqosunu formalarından çıxarmaq qərarına gəlib. Bu addım şirkətin Almaniyadakı nümayəndəliyi ilə razılaşdırılıb. Əvəzində köynəklərin üzərində “Şalke-04” yazısı yer alacaq”.

Xatırladaq ki, ötən gecə Rusiya qoşunları Ukraynaya hücum edib və hazırda iki ölkə arasında müharibə gedir.

Banner