"Şamaxı"nın heyətində yeni futbolçu

"Şamaxı" növbəti transfer həyata keçirib.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Emin Zamanov il yarım bölgə klubunun formasını geyinəcək.

25 yaşlı futbolçu daha öncə "Neftçi" və "Səbail"də çıxış edib.

Qeyd edək ki, "Şamaxı" daha öncə hücumçu Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.

Banner