"Shamkir Chess 2019": 2-ci turda 3 qələbə, 2 heç-heçə
Bu gün mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirində 2-ci tur yekunlaşıb.
Sportline.az xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun bir-biri ilə üz-üzə gəldiyi görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5.
Ümumilikdə 2-ci turda 3 qələbə, 2 heç-heçə qeydə alınıb.
"ShamkirChess 2019"
II tur
Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya) - 0,5:0,5
Dinq Liren (Çin) - Aleksandr Qrişuk (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) - 1:0
Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) - 0:1
2 turdan sonra Karlsen, Liren və Karyakin hərəyə 1,5 xalla ilk 3 yeri bölüşür. Növbəti 7 pillədəkilərin hərəyə 1 xalı var.