"Shamkir Chess": Məmmədyarovla Rəcəbovdan heç-heçə
Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess" superturnirinin ilk turu yekunlaşıb.
Sportline.az xəbər verir ki, birinci turdakı qarşılaşmalarının heç birində qalib müəyyənləşməyib. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla, Teymur Rəcəbov isə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib. Digər görüşlərdə də xallar yarı bölünüb.
"Shamkir Chess 2019"
I tur
Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya) - 0,5:0,5
Qeyd edək ki, aprelin 9-da yekunlaşacaq "Shamkir Chess" 9 turdan ibarətdir.