"Şeffild Yunayted"in yeni baş məşqçisi bilindi
"Şeffild Yunayted"in yeni baş məşqçisi təyin edilib.
Sportline.az xəbər verir ki, bu vəzifə Kris Uaylderə həvalə olunub.
Uaylder bu klub üçün yad sima deyil.
İlk dəfə 1986-cı ildə komandanın formasını geyinən Kris "Şeffild Yunayted"in heyətində 126 oyun keçirib.
2016-cı ildə isə, o, baş məşçqi kimi komandanı İngiltərə Premyer Liqasına çıxarıb.