Şehiçdən karyerası ilə bağlı açıqlama

"Erzurumspor"la müqaviləsi başa çatan qapıçı İbrahim Şehiç gələcəyi ilə bağlı açıqlama verib.

Sportline.az xəbər verir ki, o, özünün "İnstaqram" hesabından yaydığı açıqlamada növbəti mövsüm hansı komandada oynayacağına hələ qərar vermədiyini bildirib. Bosniyalı qolkiper menecerinin və ailəsinin təsiri olmadan yekun qərarı özünün verəcəyini qeyd edib.

O, Çempionlar Liqasında oynayan bir komandadan ("Qarabağ" nəzərdə tutulurr - red.) "Erzurumspor"a da öz qərarı ilə keçdiyini vurğulayıb. Şehiç Erzurum təmsilçisinin azarkeşlərindən bu məsələ ilə bağlı ona hörmət etmələrini, ailəsinə xoşagəlməz mesajların yazılmamasını istəyib.