Şəhriyar Məmmədyarov 4-cü oldu
ABŞ-ın Sent-Lüis şəhərində təşkil olunan "Sinquefield Cup" turniri yekunlaşıb. SportLine.az xəbər verir ki, sonuncu turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Vişvanatan Anandla qarşılaşıb. Görüş sülhlə yekunlaşıb.
Bununla da xalını 5-ə çatdıran qrossmeysterimiz yarışı 4-cü pillədə tamamlayıb.
Ş.Məmmədyarovu yarım xal qabaqlayan Maqnus Karlsen (Norveç), Fabiano Karuana (ABŞ) və Levon Aronyan (Ermənistan) ilk üçlüyü bölüşüb.