Şəhriyar Məmmədyarov iki pillə gerilədi
FİDE şahmatçıların yeni reytinq cədvəlini tərtib edib. SportLine.az xəbər verir ki, yeni siyahının ilk "yüzlüyü"ndə Azərbaycanın 9 zəka sahibi yer alıb.
Ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. Ötən ayla müqayisədə iki pillə geriləyən qrossmeysterimiz 2790 xalla 5-cidir.
"5-lik"
1. Maqnus Karlsen (Norveç) - 2845
2. Fabiano Karuana (ABŞ) - 2828
3. Dinq Liren (Çin) - 2812
4. Aniş Giri (Hollandiya) - 2797
5. Şəhriyar Məmmədyarov - 2790
Hesabında 2756 xal olan Teymur Rəcəbov 1 pillə irəliləyərək 13-cü pillədə qərarlaşıb. 2732 xalla 22-ci pillədə özünə yer edən Arkadi Naydiç isə 1 addım geriləyib.
2703 xala malik Rauf Məmmədov 3 pillə geriləyib və siyahıda 42-cidir. 2681 xala malik Eltac Səfərli 1 pillə geriləməklə 63-cü sıraya enib. Aktivində 2664 xal olan Qədir Hüseynov isə 82-ci yerdə qərarlaşıb.
Qadın şahmatçıların siyahısında ən yaxşı təmsilçimiz Günay Məmmədzadədir. 2422 xala malik şahmatçımız 49-cu pillədəki mövqeyini qoruyub.
2397 xal malik Xanım Balacayeva 1 pillə irəliləyib. O, 64-cü sıradadır. Gülnar Məmmədova 2368 xalla 99-cu yerdə qalıb.
Qeyd edək ki, qadın şahmatçıların siyahısına 2662 xalla çinli Hou Yifan başçılıq edir.