Şeşko "Leipziq"dən ayrılacaq
"Lepziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko "Arsenal"ın transfer siyahısında yer alıb.
Sportline.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün "Leipziq"ə 50 milyon avro ödəməyə hazırdır.
Almaniya klubu bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, Şeşko 2023-cü ildə "Salzburq"dan "Leipziq"ə 24 milyon avro qarşılığında transfer olmuşdu.
O cari mövsüm çıxış etdiyi 29 oyunda 14 qol və 3 asistlə yadda qalıb.
21 yaşlı forvardın "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.