Şlotterberq İspaniya nəhənginə keçə bilər
"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberq karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Barselona" 26 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, N.Şlotterberq cari mövsüm meydana çıxdığı 18 matçda 1 qol, 2 asistlə yadda qalıb.