Şlotterberqin yolu Madriddən keçəcək
"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberq karyerasını "Real Madrid"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
26 yaşlı futbolçunun dəyəri 55 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 27 matçda 4 qol, 2 asistlə yadda qalıb.