Şotlandiya çempionatında kuryoz hadisə

Futbol üzrə Şotlandiya çempionatının səviyyəcə altıncı divizionunda maraqlı hadisə baş verib.

Sportline.az xəbər verir ki, "Tornton Hibs"in eyniadlı futbolçuları Harri Tomson və Harri Tomson "Kreyqroyston"la matçda het-trik edib.

Oyunçular bir-biriləri ilə qohumdur. 30 yaşlı Harri Tomson 24 yaşlı komanda yoldaşının əmisi oğludur. Onlara komanda daxilində "Əkiz Tomsonlar" deyilir.

Qeyd edək ki, qarşılaşma 6:2 hesabı ilə yekunlaşıb.