"Şturm" rusiyalı qapıçını heyətinə qatıb

Avstriyanın "Şturm" komandası rusiyalı qapıçı Daniil Xudyakovu heyətinə qatdığını açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Lokomotiv"in sabiq qapıçısı yeni klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

O, azad agent statusunda Qrats klubunun sıralarına qoşulub.

Qeyd edək ki, Xudyakov ötən mövsüm "Lokomotiv"in heyətində oyun keçirməyib.