"Sileks"in baş məşçqisindən "Qarabağ"la bağlı qadağa

"Nə "Qarabağ"... Hazırda bütün diqqətimizi cümə günü "Polister"lə keçiriləcək oyuna yönəltmişik".

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi - "Sileks"in baş məşqçisi Qoran Simov deyib.

O, yerli mətbuata açıqlamasında hazırda yalnız Şimali Makedoniya çempionatının 2-ci turunun oyununa kökləndiklərini və Ağdam klubu ilə görüş barədə fikirləşməyi futbolçularına qadağan etdiyini bildirib: “Kratovoda oynayacağıq və ilk turda “Belasitsa” üzərindəki 6:0 hesablı qələbədən sonra yalnız 3 xalı hədəfləyəcəyik. Buna görə də oyunçulara şənbə gününə qədər “Qarabağ” barədə düşünməyi qadağan etmişəm”.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.