Silva rəsmən "Milan"da
"Milan" yeni transferi Andre Silvanı ictimaiyyətə təqdim edib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu növbəti 5 ildə "rossoneri"nin uğurları üçün çalışacaq.
Məlumata görə, futbolçunun keçidi "Milan"ı 38 milyon avro xərcə salıb.
Qeyd edək ki, ötən mövsümü "Porto"da keçirən A.Silva 32 oyuna 16 dəfə fərqlənib.