Simeone "Yuventus"a keçir?
"Yuventus" hücum xəttindəki problemləri qaydaya salmaq üçün hərəkətə keçib.
Sportline.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi "Kalyari"nin son mövsümü icarə əsasında "Verona"da keçirən forvardı Covanni Simeoneyə elçi düşüb.
Mənbə "Verona"nın da argentinalı forvardın transfer hüquqularına sahib çıxmağı hədəflədiyini, lakin indilik "Kalyari"yə rəsmi təklif göndərmədiyini vurğulayıb. Bu fürsətdən yararlanmaq istəyən "qoca sinyora"nın 26 yaşlı Simeone ilə danışıqlara başladığı bildirilib.
Xatırladaq ki, Covanni "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeonenin oğludur.