Simeonedən La Liqa rekodu
La Liqanın 23-cü turunda "Real"la matç (1:1) "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Sportline.az yarışın Tvitter hesabına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis Madrid təmsilçisinin çalışdırıcısı kimi 425-ci oyununa çıxıb. Bu isə La Liqada rekord deməkdir. Simeone bir komandanın məşqçisi kimi İspaniya çempionatında ən çox oyuna çıxan mütəxəssis adını qazanıb. O, "Real"da 424 oyun keçirən Miqel Munosun rekordunu qırıb.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.