Siyahı daraldı: "Qarabağ" Avropada 6 komandadan biridir

"Qarabağ" Avropada ölkə çempionatlarının cari mövsümündə məğlubiyyətsiz irəliləyən 6 klubdan biridir.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi bu mövsüm Azərbaycan çempionatında keçirdiyi 18 oyunda 16 dəfə qələbə qazanıb və 2 dəfə isə heç-heçə edib.

Azərbaycan çempionu ümumi sıralamada yalnız Serbiyanın "Srvena Zvezda" klubundan geri qalır - 17 qələbə, 2 bərabərlik.

Son olaraq İtaliya A Seriyasının lideri "Napoli" 16-cı turda səfərdə "İnter"ə uduzaraq, məğlubedilməz komandaların sırasını tərk edib.

Qeyd edək ki, siyahıda "Qarabağ" və "Srvena Zvezda" ilə yanaşı, Uelsin TNS (15 qələbə, 3 heç-heçə), Lüksemburqun "Svift" (13 qələbə, 2 heç-heçə), Yunanıstanın "Panatinaikos" (12 qələbə, 3 heç-heçə) və Andorranın "Atletik Eskaldes" (8 qələbə, 6 heç-heçə) komandaları da yer alıb.

Banner